Rusiya Ümumdünya Turizm Təşkilatından çıxıb

Rusiya Ümumdünya Turizm Təşkilatından çıxıb
# 27 aprel 2022 18:07 (UTC +04:00)

Rusiya Ümumdünya Turizm Təşkilatından (UNWTO) çıxıb.

APA xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Zurab Pololikaşvili “Twitter”də bildirib.

“Bu gün Rusiya UNWTO-dan çəkilmək niyyətini bəyan etdi. Bizim əsasnaməmiz bəllidir: sülh və insan haqlarına universal hörmət naminə turizmin təşviqi. Yalnız buna sadiq qalan üzvlər UNWTO üzvü ola bilər”, - Baş katib qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR