Şamaxı türk dünyasının turizm paytaxtı seçilib

Şamaxı türk dünyasının turizm paytaxtı seçilib
# 24 may 2022 12:37 (UTC +04:00)

Şamaxı şəhəri 2023-cü il üçün "Türk Dünyasının Turizm Paytaxtı" seçilib.

APA xəbər verir ki, bu qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.

Türk Dövlətlər Təşkilatı Baş katibinin müavini Mirvahid Əzimov Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, Şamaxının türk dünyasının turizm paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb, təsdiq edilməlidir:

"Bundan başqa turizmin inkişafı üzrə "Yol Xəritəsi" təsdiq olunub. Qış və qolf turizminin inkişafı üçün daha sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik. Bu, bizim təşkilatın fəaliyyət istiqamətlərində yenilikdir. Buna görə Azərbaycana təşəkkür edirik. Həmçinin turizmin inkişafı üçün ekspertlərin işçi qrupunun təsis edilməsi razılaşdırılıb. Türk ölkələrinin ən yaxşı kəndi layihəsini hazırlayacağıq. Düşünürəm ki, bu, türk dövlətlərində kənd turizminin inkişafına töhfə verəcək və "Ən yaxşı kənd" nominasiyası uğrunda türk dövlətləri öz aralarında rəqabət aparacaqlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR