Şamaxıda TDT turizm nazirlərinin iclası keçirilir - FOTO

Şamaxıda TDT turizm nazirlərinin iclası keçirilir - FOTO
# 24 may 2022 11:50 (UTC +04:00)

Şamaxıda Türk Dövlətləri Təşkilatının (TDT) turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclası başlayıb.

APA xəbər verir ki, iclasın gündəliyinə təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında birbaşa uçuş sayının artırılması, bilik və təcrübə mübadiləsi əsasında tarixi İpək Yolunun turizm potensialının istifadə edilməsi, “Müasir İpək Yolu Birgə Turu”nun və “Türk Dünyası Turizm Paytaxtı” layihələrinin həyata keçirilməsi, qış turizmi üzrə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər daxildir.

İclasda BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən həyata keçirilən layihənin analoqu olaraq türk dövlətlərinin “Ən Yaxşı Turizm Kəndləri” təşəbbüsü, turizm əhəmiyyətli ortaq mədəni irs elementlərini özündə birləşdirən İpək Yolu transmilli və seriya nominasiyası üzrə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün birgə müraciətin hazırlanması üzrə tərəfdaşlıqla bağlı müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR