Səfir: "Azərbaycan BƏƏ üçün əsas turizm istiqamətlərindən biridir"

Səfir: "Azərbaycan BƏƏ üçün əsas turizm istiqamətlərindən biridir"
# 21 iyul 2022 12:49 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirliyi Dövlət Turizm Agentliyi və Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində “Turizmin təşviqi” mövzusuna həsr edilmiş onlayn görüş keçirib.

Bu barədə APA-ya BƏƏ səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfir Məhəmməd Əl Bluşi çıxışında qeyd edib ki, bu gün BƏƏ konfranslar, regional və beynəlxalq sərgilər və böyük qlobal idman tədbirləri üçün dünya səviyyəli bir məkana çevrilib.

Dubai EXPO 2020 barədə danışan səfir Azərbaycan Pavilyonunun yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb və bunun üçün Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.

“Azərbaycan və BƏƏ müxtəlif sahələrdə uğurlu əməkdaşlığı davam etdirir. Azərbaycan BƏƏ vətəndaşları üçün əsas turizm istiqamətlərindən biridir. Həmçinin, BƏƏ azərbaycanlıların ən sevimli turizm məkanlarından biridir,” - səfir qeyd edib.

Görüşdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Beynəlxalq təşkilatlarla iş və protokol sektorunun müdiri Kənan Əliyev, Azərbaycan Turizm Bürosu Turizm sənayesi şöbəsinin müdiri Tural İbrahimov çıxış edib. Görüşdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycanda fəaliyyət göstərən özəl sektor nümayəndələri də iştirak etdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR