Teresa Patricio: Hazırda dünya mədəni irsi bir sıra çağırışlarla üz-üzədir

Teresa Patricio: Hazırda dünya mədəni irsi bir sıra çağırışlarla üz-üzədir
# 08 may 2023 10:15 (UTC +04:00)

Hazırda dünya mədəni irsi bir sıra çağırışlarla üz-üzədir.

"APA-Economics"in məlumatına görə, bunu UNESCO-nun məşvərətçi təşkilatı olan İCOMOS-un prezidenti Teresa Patricio bu gün Bakıda keçirilən “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” mövzusunda beynəlxalq tədbirə ünvanlandığı videomesajda qeyd edib.

“Dünyada bir sıra dəyişikliklər baş verir. Təbii ki, bu dəyişikliklər mədəni irsdən də yan keçmir. Hazırda keçirilən beynəlxalq təlim üzləşdiyimiz bu çağırışlar istiqamətində bizə yardım edəcək. Öyrənəcək dərslərimiz çoxdur. Belə bir mühim tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edirəm”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” mövzusunda beynəlxalq tədbir keçirilir.

Tədbir çərçivəsində ilk dəfə olaraq UNESCO-nun məşvərətçi təşkilatı olan ICOMOS-un dəvəti ilə dünyanın 17 ölkəsindən olan ekspertlər, mədəni irs sahəsində mütəxəssislər Bakıda bir araya gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR