THY rusiyalılara üçüncü ölkələrə bilet satışını məhdudlaşdırıb

THY rusiyalılara üçüncü ölkələrə bilet satışını məhdudlaşdırıb
# 11 mart 2022 13:05 (UTC +04:00)

"Türk Hava Yolları" (THY) aviaşirkəti Rusiyadakı bilet agentlərini Türkiyədən üçüncü ölkələrə uçuşlar üçün biletlərin satışını dayandırdığı barədə xəbərdar etməyə başlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə RBK yazır.

Aviadaşıyıcının mesajında ​​göstərilir ki, məsələn, bir şəxs Moskvadan Maldiv adalarına İstanbuldan tranzit vasitəsilə və əks istiqamətdə bilet alsa, bu seçim mümkündür. Çernoqoriyadan İstanbul vasitəsilə Kazana gedirsə, bu da məqbuldur. Lakin Madrid-İstanbul-Madrid və ya İstanbul-Nyu-York marşrutu üzrə bilet almaq mümkün deyil.

"Hazırda bilet satışı yalnız Rusiya Federasiyasından gediş/gəlişlə mümkündür", - şirkət izah edib.

Belə tədbirlər martın 10-dan növbəti bildirişə qədər qüvvədə olacaq. Səbəb isə Rusiya kartlarının "Visa" və "Mastercard" sistemləri ilə bloklanmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR