Turizm Agentliyi: Quru sərhədlərin açılması risklidir

Turizm Agentliyi: Quru sərhədlərin açılması risklidir
# 16 dekabr 2021 17:02 (UTC +04:00)

"Quru sərhədlərin açılması pandemiya ilə əlaqədar hazırda nəzarət altında olan vəziyyət üçün riski artıra bilər".

Bunu "APA-Economics"ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, agentlik sərhədlərin açılmasının tərəfdarıdır, lakin indi üstünlük təşkil edən fakt ondan ibarətdir ki, sağlamlıq hər şeydən önəmlidir.

"Hazırda yerüstü əlaqə yoxdur. Biz ölkənin turizm orqanıyıq və sərhədlərin açıq olmasını istəyirik. Bununla belə, risklərin olduğunu da başa düşürük. Bir çox hökumətlər üçün əhalinin təhlükəsizliyi və sağlamlığı əsas prioritetdir. İndi belə hesab edilir ki, quru sərhədləri açıq olarsa, bu, pandemiya səbəbindən hazırda nəzarət altında olan vəziyyətə risk gətirə bilər. Turizm Agentliyi olaraq, sərhədlərin açılmasının tərəfdarıyıq, lakin hazırda üstünlük təşkil edən fakt budur ki, sağlamlıq hər şeydən önəmlidir. Amma ümid edirik, nə vaxt isə sərhədlər açılacaq", - deyə K. Quluzadə qeyd edib.

AZAL-ın tarif siyasətinə gəlincə, agentlik tərəfindən bununla bağlı aviadaşıyıcıya müvafiq təkliflər verilib-verilməməsi ilə bağlı sualı cavablandırarkən K. Quluzadə qeyd edib ki, hazırda idarələrarası səviyyədə kommunikasiyalar aparılır, lakin bu sual birbaşa aviaşirkətin özünə ünvanlanmalıdır.

"Biz AZAL və İnvestisiya Holdinqi ilə əlaqə saxlayırıq, təkliflər veririk, müzakirə edirik və s. Lakin maliyyə komponentinə gəlincə, bu məsələ birbaşa AZAL-a aiddir. Ona görə də bu sualı AZAL-a ünvanlamaq lazımdır", - deyə K. Quluzadə əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR