Turizm nümayəndəliklərinin fəaliyyəti bərpa ediləcək

Turizm

© APA | Turizm

# 25 aprel 2022 16:15 (UTC +04:00)

Normallaşma prosesi davam etdikcə müvafiq olaraq turizm nümayəndəliklərinin də fəaliyyəti bərpa ediləcək.

Bu barədə Dövlət Turizm Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanın xarici ölkələrdə açılmış turizm nümayəndəliklərinin fəaliyyəti dayandırılıb. Hazırda yalnız İsraildə və Gürcüstanda (“Azerbaijan Travel. Showroom”) olan turizm nümayəndəlikləri fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR