Turizm ölkələrində hər il 50 milyon auditoriyaya çıxış əldə olunacaq

Turizm ölkələrində hər il 50 milyon auditoriyaya çıxış əldə olunacaq
# 22 iyul 2022 12:50 (UTC +04:00)

Ölkənin turizm potensialının genişləndirilməsi üçün marketinq və kommunikasiya planı icra ediləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “20222026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Sənəddə bildirilib ki, planın əsas icraçısı Dövlət Turizm Agentliyi, aidiyyəti qurumlar isə İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AZAL-dır.

Hədəf turizm bazarlarında Azərbaycanla bağlı tur paketlər təqdim edən turizm şirkətlərinin sayı 200 şirkətdir.

Yeni kommunikasiya və icra planının həyata keçirilməsi nəticəsində hədəf turizm ölkələrində hər il 50 milyon auditoriyaya çıxışın əldə edilməsi, habelə hədəf turizm bazarlarında Azərbaycanla bağlı tur paketlər təqdim edən turizm şirkətlərinin sayının hər il 20% artması nəzərdə tutulub.

Eyni zamanda, turizm sektoru iştirakçılarının fəaliyyətinin mütəmadi dialoq formasında əlaqələndirilməsi mexanizmi qurulacaq. Planın əsas icraçısı Dövlət Turizm Agentliyidir. Regional səviyyədə turizm əlaqələndirmə mexanizmi barədə təkliflərin həyata keçirilməsi nəticəsində ən azı 2 regional turizm şurası yaradılacaq. Belkəliklə, turizm üzrə cəmi xalis daxilolmaların pozitiv dinamikasına nail olunması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR