Turizm sahəsində yeni dövlət standartı qəbul edilib

Turizm sahəsində yeni dövlət standartı qəbul edilib
# 08 aprel 2022 15:40 (UTC +04:00)

Ölkədə turizm fəaliyyətini tənzimləyən milli standartların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə AZS 906-2022 “Turizm xidmətləri. Yerləşmə vasitələrinin təsnifatı. Minimum tələblər” yeni dövlət standartı qəbul edilib.

"APA-Economics"in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (AZSTAND) tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Yeni sənədin qəbul olunması ilə əlaqədar AZS 369-2009 "Turist-ekskursiya xidmətləri. Yerləşdirmə vasitələri. Ümumi tələblər" və AZS 755-2014 "Mehmanxanalara və mehmanxana tipli yerləşdirmə vasitələrinə tətbiq olunan minimal tələblər" dövlət standartları qüvvədən düşüb.

Yeni standartın tətbiqi turizm reyestrində uçotun aparılması, yerləşmə vasitələrinin növünün və kateqoriyasının təyin olunması və göstərilən xidmətlərə görə minimum tələblərin müəyyənləşdirilməsinə şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR