Türkiyəli nazir müavini: Qarabağa səyahət etmək istəyən vətəndaşlarımızın sayı çoxdur

Türkiyəli nazir müavini: Qarabağa səyahət etmək istəyən vətəndaşlarımızın sayı çoxdur
# 23 dekabr 2022 11:55 (UTC +04:00)

"Qarabağın zəngin mədəni irsinin düzgün formada dəyərləndirilməsi üçün ölkələrimiz əməkdaşlıq edə bilər".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan deyib.

O bildirib ki, bu istiqamətdə fəaliyyətlər davam etdirilir:

"Türkiyənin turizm sektorunda 50 ilə yaxın təcrübəsi olan çox güclü şirkətlər var. Bunlar ölkəmizdə investisiyalarını artırdıqları kimi Azərbaycan kimi qardaş ölkələrə də sərmayə qoymaq istəyirlər. İnvestisiyalar təşviq edilərsə, çox sayda investorumuz Azərbaycana sərmayə qoymaq istəyər".

Nadir Alpaslan onu da qeyd edib ki, 2023-cü ildə Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması da turist axınının artırılması baxımından olduqca önəmlidir:

"Bu çərçivədə ölkəmizdən, xüsusən Qarabağ zəfərindən sonra bu bölgəyə səyahət etmək istəyən vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. Bu mənada lazım olan rahatlıq təmin edilərsə, ikitərəfli olaraq bu səyahətlər xeyli artacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR