Türkiyəli səyyah: "Ermənilərin bütün niyyəti azərbaycanlılara zərər vermək olub"

Türkiyəli səyyah: "Ermənilərin bütün niyyəti azərbaycanlılara zərər vermək olub"
# 31 oktyabr 2022 13:34 (UTC +04:00)

“Qarabağda ermənilərin törətdiyi dağıntıları gördük. Ermənilərin qanında var, onlar hər zaman düşünürlər ki, türklərə nə qədər çox zərər vursalar, bir o qədər yaxşıdır. Lakin onlar heç vaxt bacara bilməyəcəklər. Əfsuslar olsun ki, bəzi ölkələr onların kürəyinə sığal çəkərək, dəstək olur, türk dövlətlərinin üzərinə hücum çəkdirirlər. O ölkələr kənardan heç nə əldə edə bilmədikləri üçün erməniləri qızışdırırlar”.

APA xəbər verir ki, bunu işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfər edən Türkiyə Səyyahlar Klubunun üzvü Səlahəddin Eyuboğlu Cəbrayılda jurnalistlərə açıqlamasında deyib.

Türkiyəli səyyah bildirib ki, ermənilər təkcə Azərbaycanda deyil, Anadoluda da qətliamlar törədiblər: “1905, 1915, 1916-cı illərdə ruslarla əlbir olub Anadolunu yandırıb, dağıdıblar. 1917-ci ildə ruslar çəkildikdən sonra ermənilər o yerlərdə qalıb və geri çəkilərkən də insanları öldürüb, kəndləri yandırıblar. Bu gün də kütləvi məzarlıqlar aşkarlanır. Onlar “soyqırımı” deyirlər, amma onlara qarşı heç bir soyqırımı olmayıb. Osmanlı dövləti hücuma keçən erməniləri, əsgərlərin nəzarəti altında Suriyaya köçürüb. Köç edərkən də onları yollarda Osmanlı dövləti qoruyub. Biz istəsək, Osmanlı dönəmində bir erməni də sağ qala bilməzdi. Amma hələ də Türkiyədə ermənilər yaşayır...”

Səlahəddin Eyuboğlu vurğulayıb ki, ermənilərin bütün niyyəti azərbaycanlılara zərər vermək olub, gedərkən də minalar basdırıb gediblər ki, burdakı insanlar minaya düşüb ölsünlər: “Ermənilər heç ağıllanmırlar, əslində onların türklərlə barışması lazımdır. Çünki bu, onların xeyrinədir. Atatürk dediyi kimi, yurdda sülh, cahanda sülh! Ermənilərin də bunu anlaması lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR