Türkiyəli səyyah: "Qarabağın təbiətinə heyran qaldıq"

Fatma Qaragözlü

© APA | Fatma Qaragözlü

# 31 oktyabr 2022 12:51 (UTC +04:00)

“Qarabağda tanrının bəxş etdiyi ən gözəl təbiətlərdən biri ilə rastlaşdıq. Bu təbiətə heyran qaldıq, lakin kədərlidir ki, ermənilər işğal etdiyi kəndləri talan edib, hətta məzarları qazıb, gedərkən də hər yeri dağıdıb gediblər”.

APA xəbər verir ki, bunu işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfər edən Türkiyə Səyyahlar Klubunun üzvü Fatma Qaragözlü Cəbrayılda jurnalistlərə açıqlamasında deyib.

Türkiyəli səyyah bildirib ki, Azərbaycan dövləti binaları, evləri yenidən inşa edəcək, burada gözəl həyat başlayacaq: “Bu yerlərin əsl sahibləri gözəl həyata başlayacaqlar. Necə deyərlər, coğrafiya insanın qismətidir. Yəni coğrafiyanın ilk sahibi kimdirsə, o da bir gün gəlib oranı alıb, orda yaşayır. Burada gözəl yaşayış məntəqələri inşa olunacaq. Necə ki, Zəngilanda, Ağalıda möhtəşəm "ağıllı kənd" inşa edilib. Kənd sakinləri bizi qonaq etdi, çay verdilər. Yaşlı qadın və kişi bizə nələr yaşadıqlarını söylədilər. Dedilər ki, biz heç bir şəhərdə qala bilmirdik. Kəndimiz bərpa olanda gəldik, indi dünyalar bizimdir. Onlar üçün inşa olunan evlərdə bir insan üçün nə lazımdırsa, hamısı nəzərə alınıb. Onların rahat yaşaması üçün hər şey var. Bunu Azərbaycan dövləti edib, dövlətin böyüklüyü məhz budur. Bu səbəbdən də hər kəs dövlətini dəstəkləməlidir. Burada bircə təhlükə doğuran minalardır. Onu da əminəm ki, təmizləyəcəksiniz. Kəndlərin salınması, fabrik, zavodların inşası üçün bu olmalıdır. Azərbaycan dövləti bunu da bacaracaq”.

Türkiyəli səyyah Qarabağda baş verənlərin sənədli film şəklində bütün dünyaya çatdırılmasının vacib olduğunu da deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR