Unudulmaqda olan yeməklərdən ibarət marşrutlar hazırlanır

Unudulmaqda olan yeməklərdən ibarət marşrutlar hazırlanır
# 06 iyun 2023 11:53 (UTC +04:00)

Azərbaycanda unudulmaqda olan yeməklərdən ibarət marşrutlar hazırlanması istiqamətində iş aparılır.

APA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, yaxın zamanda işlər yekunlaşacaq:

"Əvvəlcə pilot olaraq 2-3 turun təşkili nəzərdə tutulur. Daha sonra bu marşrutlar biznes üçün açıq olacaq".

Sədr müavini həmçinin qeyd edib ki, qastronomiya ilə bağlı İpək yolu adlı marşrutu da hazırdır:

"Şamaxıda bu istiqamətdə tədbirin keçirilməsi nəzərdə tutulur. Burada dünyanın müxrəlif ölkələrindən, o cümlədən türk dövlətlərindən nümayəndələr iştirak edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR