UNWTO beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırır

UNWTO beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırır
# 22 fevral 2022 11:19 (UTC +04:00)

Turizm sektorunun uğurlu bərpası üçün beynəlxalq səyahətlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağa davam etmək lazımdır.

"APA-Economics" xəbər verir ki, bunu Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvili RİA "Novosti"yə müsahibəsində bildirib.

"UNWTO həmişə ümumi səyahət məhdudiyyətlərindən istifadəyə qarşı xəbərdarlıq edib və buna görə də ÜST-ün bununla bağlı tövsiyələrini alqışlayır. Məhdudiyyətlər xüsusilə inkişaf etməkdə olan ölkələrdə turizmin sosial və iqtisadi faydalarını dayandırır. UNWTO bütün hökumətlərin ÜST-ün son tövsiyələrinə əməl etməsini istərdi", - Pololikaşvili bildirib.

Qeyd edək ki, ÜST-ün son tövsiyələri lazımi və ya yüngülləşdirilmiş məhdudiyyətləri yenidən nəzərdən keçirərək onların aradan qaldırılmasından ibarətdir.

Pololikaşvilinin fikrincə, COVID-19 peyvəndi sertifikatları test və nəzarətlə birlikdə turizmin effektiv, təhlükəsiz və ədalətli şəkildə bərpası üçün həllin bir hissəsidir: "Turizmi yenidən hərəkətə gətirməyin yeganə yolu məlumatlara əsaslanan yanaşmadır, bu, eyni zamanda insanlar üçün maksimum təhlükəsizliyi təmin edir".

UNWTO rəsmisinin sözlərinə görə, bərpa ən çətin səyahət məhdudiyyətlərini saxlayan, ilk növbədə, turistlər üçün sərhədləri tamamilə bağlayan istiqamətlər üzrə olacaq. "Bərpa kövrək və qeyri-bərabər olaraq qalır, buna görə də UNWTO bütün dünya hökumətlərini həm praktiki, həm də maliyyə tədbirləri ilə turizm sektorunu dəstəkləməyə davam etməyə çağırır", - Ümumdünya Turizm Təşkilatının Baş katibi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR