Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3% azalaraq 974,5 min nəfər olub. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 80,6%, Gürcüstana gedənlərin sayı 75,3% azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 7,8% artıb. Ölkə vətəndaşlarının 47,3%-i Türkiyəyə, 24,3%-i Rusiyaya, 7,8%-i Gürcüstana, 6,8%-i İrana, 13,8%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,3%-ni kişilər, 33,7%-ni qadınlar təşkil edib.
2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,8%-i hava, 28%-i dəmir yolu və avtomobil, 3,2%-i isə dəniz nəqliyyatından istifadə edib.
Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən il 16,3% azalıb

Turizm

TDT turizm nazirlərinin Azərbaycandakı iclasının proqramı açıqlanıb

Agentlik: Yayda bir sıra ölkələrə uçuşların sayı artırılacaq

Tahir Əmiraslanov: “Orxan Fikrətoğlunu çoxdan tanıyıram, ona yeni işində uğur arzulayıram”
