Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,7 dəfə artıb

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,7 dəfə artıb
# 22 aprel 2022 12:59 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,7 dəfə artaraq 298,5 min nəfər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə, Rusiyaya - 2,6 dəfə, Türkiyəyə - 2,6 dəfə, Gürcüstana isə 2,3 dəfə artıb. Ölkə vətəndaşlarının 44,5%-i Türkiyəyə, 18,7%-i Rusiyaya, 12,9%-i İrana, 8%-i Gürcüstana, 15,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,4%-ni kişilər, 33,6%-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 58,4%-i hava, 39,2%-i dəmir yolu və avtomobil, 2,4%-i isə dəniz nəqliyyatından istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR