Xarici səyyahlar Azıx mağarasında olub - YENİLƏNİB - FOTO

Xarici səyyahlar Azıx mağarasında olub - YENİLƏNİB  - FOTO
# 04 fevral 2023 10:16 (UTC +04:00)

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu azad edilmiş ərazilərə səfər çərçivəsində Füzuli rayonuna səfər ediblər.

APA-nın xəbərinə görə, 12 ölkədən - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan səyyahlar rayon ərazisində 30 ilə yaxın müddətdə törədilmiş dağıntıları, talan edilmiş maddi-mədəni irsi lentə alıblar.

Daha sonra səyyahlar Füzuli Beynəlxalq Hava Limanında olublar. Onlara hava limanı barədə məlumat verilib.

Daha sonra 12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu tarixi Azıx mağarasında olub.

Azığ mağarasının tarixi haqqında məlumat verib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov qeyd edib ki, mağara regionda qədim yaşayış məskənlərindən olub.

Səyyahlara mağarana aparılan arxeoloji qazıntılar barədə məlumatlar verilib. Vurğulanıb ki, ərazidə erməni işğalı zamanı vandallıqlar törədilib.

***

08.47

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

APA-nın xəbərinə görə, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünya miqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.

Bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR