Xarici səyyahlar Şuşa şəhərinə səfər edib - FOTO

Xarici səyyahlar Şuşa şəhərinə səfər edib - FOTO
# 16 iyun 2022 13:12 (UTC +04:00)

Xarici ölkələrdən olan bir qrup tanınmış səyyah Şuşa şəhərinə səfər edib.

APA-nın xəbərinə görə, xarici səyyahlar Şuşada tarixi məkanlarda olub, dövlət başçısının tapşırığı ilə aparılan bərpa və yenidənqurma işlərinə baxıblar.

Səfər iştirakçılarına ermənilərin Şuşada törətdiyi dağıntılar barədə məlumat verilib. Bildirilib ki, ermənilər tarixi, dini abidələri talan ediblər.

Qeyd edək ki, xarici ölkələrdən (Danimarka, Almaniya, ABŞ, Sinqapur, Ukrayna, Türkiyə, İspaniya, Macarıstan, Hindistan və İsveç) olan 24 nəfər dünyaca tanınmış səyyahın işğaldan azad edilən ərazilərə səfəri başlayıb. Onlar bu gün Füzuli və Xocavənddə olublar. Nümayəndə heyəti daha sonra Ağdam, Laçın və Kəlbəcərə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR