Yayda ölkəyə gələcək əcnəbilərin sayı artacaq

Yayda ölkəyə gələcək əcnəbilərin sayı artacaq
# 25 aprel 2022 16:03 (UTC +04:00)

Azərbaycanın yay turizm imkanlarının hədəf bazarlarda tanıdılması üçün intensiv tədbirlər davam etdirilir.

Bu barədə Dövlət Turizm Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Yaxın Şərq ölkələri və Avropada keçirilən sərgi və tədbirlərdə bu istiqamət də təbliğ olunur: “Əsas məqsədimiz dünya turizm bazarında artan rəqabət şəraitində destinasiyamızın aktuallığını və rəqabət qabiliyyətini nümayiş etdirməkdir. Bütün dünya üzrə pandemiyanın zəifləməsi və insanların daha çox səyahət etməyə başlaması yay mövsümü üçün ölkəyə gələcək xarici ölkə vətəndaşlarının sayının artacağını deməyə əsas verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR