Azərbaycan İranda keçiriləcək sərgidə xüsusi qonaq qismində iştirak edəcək

Azərbaycan İranda keçiriləcək sərgidə xüsusi qonaq qismində iştirak edəcək
  • Clock-gray 13:02
  • calendar-gray 28 Yanvar 2020

“Azərbaycan İranda keçiriləcək Beynəlxalq Turizm Sərgisində xüsusi qonaq qismində iştirak edəcək”.

Bunu APA-nın Tehran bürosuna İranın Turizm nazirinin müavini Vəli Teymuri deyib.

V.Teymuri bildirib ki, ölkəsi İrandan Azərbaycana səfər edən turistlərin sayının artmasında maraqlıdır: “Hazırda Azərbaycanla turistlərin mübadiləsi sahəsində əməkdaşlıq edirik. Fevralın 12-də Tehranda keçiriləcək sərgində Azərbaycanın stendinin qoyulması planlaşdırılır”.

İrandan Azərbaycana səfər edən turistlərin sayının artdığını deyən V. Teymuri bildirib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir sıra addımlar atılıb: “Hava limanlarında vizaların verilməsi və bu kimi addımlar davamlı olaraq artmalıdır ki, turizm sahəsində əlaqələr daha da inkişaf etsin".

 

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date