Azərbaycan Turizm Bürosu: "Hotellər ulduzlaşdıqdan sonra turistlər üçün seçim etmək daha asan olacaq"

Azərbaycan Turizm Bürosu: "Hotellər ulduzlaşdıqdan sonra turistlər üçün seçim etmək daha asan olacaq"
# 06 dekabr 2019 13:46 (UTC +04:00)

"Azərbaycanda 5 ulduzlu hotellərin sayı çoxdur. Biz xaricdən ekspertləri dəvət etməklə bütün dünyada qəbul olunan standartları, meyarları tətbiq edəcəyik".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit bildirib. Onun sözlərinə görə, bu meyarlar təkcə 5 ulduz deyil, 1 ulduzdan 5 ulduza qədər bütün hotellər üçün tətbiq olunacaq:

"Sistem şəffaf sürətdə işləyir. Ümid edirik ki, bu sistemin tətbiqi qonaqpərvərlik sahəsində ümumi xidmətin və sistemin təkmilləşməsinə öz töhfəsini verəcək".

İcraçı direktor bildirib ki, bütün dünyada turistlər üçün seçim etmələrinə ulduzun olması əsas parametrdir:

"Biz Azərbaycanda hotellərin ulduzlaşmasını "Hotelstarts Union"un meyarları əsasında həyata keçirəcəyik. Bu meyarlar əsasında hotellər ulduzlaşdıqdan sonra turistlər üçün seçim etmək daha asan olacaq. Gürcüstanda və Türkiyədə bu sistem artıq tətbiq olunur. Ümid edirik ki, Azərbaycan qlobal destinasiya kimi bu təcrübəni uğurla həyata keçirəcək. Azərbaycan Hotel Assosiasiyası Azərbaycan Turizm Bürosunun dəstəyi ilə bu prosesi həyata keçirəcək. 2020-ci ilin ilk rübündə artıq bu prosesə start veriləcək".

Florian Zenqstşmit eyni zamanda qeyd edib ki, keyfiyyət turizmin ən əsas amilidir:

"Yerləşdirmə yerlərində olan keyfiyyət turistlərin əsas gözləntisidir. Biz rəqabətin güclü olduğu turizm sferasında Azərbaycanı tanıtmağa çalışırıq. Çox şadıq ki, Avropa standartlarını Azərbaycanda tətbiq etmək üzərində işləyirik. Ümid edirik ki, bütün meyarlara uyğun standartlar həyata keçiriləcək. Bütün keyfiyyət standartları zamanı keçdikcə daha da təkmilləşdiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR