Azərbaycan Turizm Bürosu: Məqsədimiz 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir

Azərbaycan Turizm Bürosu: Məqsədimiz 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir
# 29 noyabr 2019 14:08 (UTC +04:00)

"Qarşımıza vacib məqsəd qoymuşuq. Onlardan biri 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyət onu göstərir ki, artıq hədəfin 11 faizinə yaxınlaşılıb: "Hələ də görüləcək işlər kifayət qədərdir, bir sıra işlər həyata keçirmək istəyirik. Bəzi proseslərdə çətinliklər yaşanmaqdadır, amma biz bunun həll edilməsi istiqamətində işləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR