Azərbaycan turizm nümayəndəliklərinin sayını artıracaq

Azərbaycan turizm nümayəndəliklərinin sayını artıracaq
  • Clock-gray 14:00
  • calendar-gray 28 Yanvar 2020

Bu il Azərbaycanın rəsmi turizm nümayəndəlikləri daha 4 ölkədə açılacağı gözlənilir.

Bunu "APA-Economics"ə Azərbaycan Dövlət Turizm Agentliyindən deyiblər.

Agentlikdən bildiriblər ki, ölkələr sırasına Yaponiya, Cənubi Koreya, Ukraynada və Qazaxıstan daxildir.

"Hazırda 6 ölkədə Azərbaycanın turizm nümayəndəlikləri və bir ölkədə ziyarətçi mərkəzi fəaliyyət göstərir. Bu il ərzində həmçinin yeni turizm məhsullarının yaradılması ilə bağlı işlər davam etdiriləcək. Bundan başqa, ekoturizmlə bağlı layihələrin genişləndirilməsi də nəzərdə tutulur", - deyə Agentlikdən qeyd ediblər.

Əlavə olaraq bildirilib ki, iş adamlarına daha sərfəli şərait yaratmaq məqsədi ilə cari ildə  də investisiyaların təşviqi, kreditləşmə, vergi güzəştlərin tətbiqi ilə bağlı məsələlərin aidiyyəti qurumlarla müzakirələri davam etdiriləcək.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date