Azərbaycan yanvarda Gürcüstana ən çox turist göndərən ölkə olub

Azərbaycan yanvarda Gürcüstana ən çox turist göndərən ölkə olub
  • Clock-gray 12:12
  • calendar-gray 04 Fevral 2020

Bu ilin yanvar ayında Azərbaycandan Gürcüstana 124 534 nəfər səyahət edib ki, bu da  ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,9% çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm idarəsi məlumat yayıb.

Bildirilib ki, bu göstərici ilə Azərbaycan Gürcüstana ən çox xarici ziyarətçi göndərən ölkə olub. Gürcüstana ən çox ziyarətçi göndərən ikinci ölkə isə Ermənistan olub – 91 580 nəfər. Yanvar ayında Gürcüstanı ümumilikdə 633 201 beynəlxalq səyahətçi ziyarət edib ki, bu da əvvəlki illə müqayisədə 19,8% çoxdur.

Məlumatda həmçinin qeyd edilib ki, 2019-cu ildə Gürcüstan beynəlxalq səyahətlərdən 3,3 mlrd., dollar əldə edib ki, bu da əvvəlki illə müqayisədə 47 mln. çoxdur.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date