Azərbaycanda aqroturizm sahəsinə aid xüsusi mobil əlavə təqdim olunacaq

Azərbaycanda aqroturizm sahəsinə aid xüsusi mobil əlavə təqdim olunacaq
# 03 fevral 2020 14:30 (UTC +04:00)

Gələn ay "Aqrar Tədarük və Təchizat" ASC aqroturizm sahəsinə aid xüsusi mobil əlavə təqdim edəcək.

Bunu "APA-Economics"ə "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, söhbət booking.com və "Tripadvisor" prinsipini təşkil edəcək bir mobil əlavən gedir ki, bu tətbiq artıq hazırdır və sınaqdan keçirilir.

"Tətbiq vasitəsilə turistlər və turizm şirkətləri kənd təsərrüfatı turizmi ilə məşğul olan fermerlər barədə məlumatlar əldə edərək, onlarla əməkdaşlıq qura biləcəklər. Bu məlumatları həmçinin tovillage.az veb-platformasından da əldə etmək mümkün olacaq. Platformanın digər üstünlüyü ondan ibarətdir ki, burada kənd təsərrüfatı turizmi ilə məşğul olanlar öz xidmətlərini də təqdim edə biləcəklər. Platforma xarici ölkələrdə də tanıtdırılacaq ki, turizm şirkətləri öz turistlərini Azərbaycana göndərmək istəyəndə məhz bu ondan istifadə edə bilsinlər", - deyə L. Məmmədova qeyd edib.

ASC-nin İdarə Heyətinin sədri əlavə edib ki, ilkin olaraq mobil əlavə "iOS" əməliyyat sistemində çalışan qurğular üçün nəzərdə tutulub, daha sona isə "Android" qurğuları üçün də əlçatan olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR