Azərbaycanda hotellər üçün yeni tələb müəyyən olunub

Azərbaycanda hotellər üçün yeni tələb müəyyən olunub
  • Clock-gray 12:46
  • calendar-gray 04 Dekabr 2019

"Azərbaycanda ilk dəfə hotellər üçün minimal nömrə tələbi qoyulacaq".

APA-nın məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib. Onun sözlərinə görə, bu məsələ "Turizm haqqında" yeni qanun layihəsində öz əksini tapıb.

Q. Xeyirxəbərlinin dediyinə görə, mehmanxana açmaq istəyən hər sahibkar bilməlidir ki, burada ən azı 11 yer olmalıdır:

"Əks halda, həmin obyekt yerləşdirmə vasitəsi kimi qəbul edilməyəcək".

Sektor müdiri bildirib ki, digər məsələ qonaqların qeydiyyatı ilə bağlıdır. Onun sözlərinə görə, hazırda yerləşdirmə vasitələrində qonaqların qeydiyyatı müəyyən anketin doldurulması ilə aparılır:

"Bu anketlər də aidiyyəti qurumlara təqdim olunur. Biz bu işi asanlaşdırmaq istəyirik. Kağız işinin olmaması üçün qonaqların qeydiyyatının mərkəzləşdirilmiş formada aparılmasını təklif etmişik. Burada qonaqların fərdi məlumatlarının təhlükəsizliyinə xüsusi önəm verilir. Heç bir dövlət qurumunun öz səlahiyyətinə aid olmayan informasiyaya çıxış imkanı olmayacaq".

Q. Xeyirxəbərli vurğulayıb ki,  DTA tərəfindən hazırlanan yeni qanun layihəsinin bu ilin sonunda hökumətə təqdim edilməsi nəzərdə tutulub:

"Bu layihə turizm sənayesi üçün ağır öhdəliklər yaratmır. Əksinə, turizm sənayesinin işini asanlaşdıracaq, onların fəaliyyətini stimullaşdıracaq".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date