Azərbaycanda hotellərin gəlirləri koronavirusa görə 4 dəfəyə yaxın azalıb

Azərbaycanda hotellərin gəlirləri koronavirusa görə 4 dəfəyə yaxın azalıb
  • Clock-gray 12:23
  • calendar-gray 27 Yanvar 2021

Ötən il Azərbaycandakı mehmanxanaların gəlirləri 2019-cu illə müqayisədə 3,9 dəfə azalaraq 116,8 mln. manat olub ki, onun da 60,2%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 29%-i ictimai iaşə xidmətlərindən, 2,5%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,3%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, 2020-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 6,5% səviyyəsində olub (2019-cu ildə 22,1%). Bu göstərici Beyləqanda 23%, Şabranda 15,5%, Naftalanda 13,7%, Qəbələdə 11,2%, Bakıda 9,6%, Göyçayda 9,6%, Şəmkirdə 9,1%, Qubada 8,8%, Biləsuvarda 8,5%, Lənkəranda 8,3%, Qusarda 7,9%, Sabirabadda 7,3%, Kürdəmirdə 7%, Şirvanda 6,7%, digər rayon və şəhərlərdə isə ölkə üzrə orta göstəricidən aşağı olub.

“Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, 2020-ci ilin mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül davam edib. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması ilə əlaqədar turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində geriləmə qeydə alınıb, 2020-ci ildə ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2019-cu illə müqayisədə 3,3 dəfə azalaraq 999,8 min olub”, - açıqlamada deyilir.

APA-Economics

Digər xəbərlər