Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 24% artıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 24% artıb
# 06 mart 2020 15:32 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan Gürcüstana səfər edənlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42 901 nəfər və ya 24,4% artaraq 218 753 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, ötən ilin yanvar-fevral ayları ərzində Gürcüstana səfər edənlərin sayı 175,852 nəfər təşkil edib.

Təkcə fevral ayında isə Gürcüstana Azərbaycandan 94 219 nəfər səyahət edib ki, bu da əvvəlki ilin hesabat dövrü ilə müqayisədə 10 708 nəfər və ya 12,8% çoxdur. Ötən ilin fevralında Azərbaycandan Gürcüstana 83 511 nəfər səyahət edib.

Hesabat dövründə Gürcüstana ümumilikdə 466 409 nəfər səyahət edib ki, bu da əvvəlki illə müqayisədə 3 136 nəfər və ya 0,7% azdır. Ötən ilin ilk iki ayında Gürcüstana 469 545 nəfər səyahət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR