Bakıdan Şarm El Şeyxə birbaşa uçuşlar həyata keçiriləcək

Bakıdan Şarm El Şeyxə birbaşa uçuşlar həyata keçiriləcək
# 08 fevral 2020 15:03 (UTC +04:00)

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yanvarın 22-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə avia biletlər satma hüququ olan Gürcüstanın “İnterco Travel” şirkətinin səlahiyyətlərinin Ermənistanın “Anriva Tour” şirkətinə keçməsini əsas götürərək vətəndaşlara və turizm şirkətlərinə yeni alternativ yol təklif edir.

Assosiasiyadan APA-ya verilən məlumatda bildirilir ki, martın 21-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə Azərbaycan Hava Yolları tərəfindən birbaşa uçuşlar həyata keçiriləcək.

Azərbaycan vətəndaşları üçün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla bütün lazımi şərait yaradılacaq.

Yaxın günlərdə bütün təşkilati məsələləri öz üzərinə götürəcək turoperator haqqında ətraflı məlumat veriləcək.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə “Anriva Tour” şirkətinə alternativ olaraq məhz bu marşurutdan istifadə etməyi tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR