Baş icraçı direktor: "Ötən il Azərbaycana 3,2 milyon turist səfər edib"

Baş icraçı direktor: "Ötən il Azərbaycana 3,2 milyon turist səfər edib"
  • Clock-gray 12:07
  • calendar-gray 14 Yanvar 2020

"2020-ci turizm sahəsində təxminən 10 faiz artım gözləyirik. Daxili şərait nəzər alınsa, bu, çox yaxşı artımdır".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid deyib. Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycan Türuzm Bürosunun xarici ölkələrdə yeni nümayəndəliklərinin açılışı nəzərdə tutulur:

"Bu ilin birinci rübündə Ukrayna, Qazaxıstan, Cənubi Koreya və Yaponiyada nümayəndəliklər açılacaq. 2020-ci ildən Böyük Britaniyadan turistlərin cəlb edilməsi nəzərdə tutulur. Bu il ərzində İspaniyada böyük bir turizm forumu keçiriləcək. Orada iştirak etmək Cənubi Avropadan turist cəlb edilməsi baxımından faydalı olacaq. Bu ilin sonunda həmçinin Parisdə keçiriləcək sərgidə də iştirak planlaşdırılır".

Baş İcraçı Direktor viza məsələsinə də toxunub: "Azərbaycan Türuzm Bürosu olaraq çalışırıq ki, vizanın əldə olunması üçün çətinliklərin daha da azaldılmasına nail olaq. Biz mübarizə aparacağıq ki, daha çox ölkə rahat şəkildə viza ala bilsin".

Florian Zenqstşmit qeyd edib ki, 2019-cu ildə Azərbaycanda turizm sahəsində rekord nəticə əldə edilib: "Ötən il Azərbaycana 3,2 milyon nəfər turist səfər edib. Turizm sahəsində artım 11,4 faiz olub. Avropa ölkələrindən artım xüsusilə olub - təxminən 14 faiz. Asiya bazarı üzrə isə daha aşağı artım müşahidə edilib. Biz artıq marketinq strategiyamızda yeni yollar müəyyən etməliyik. Başa düşməliyik ki, turistlər daha etibarlı kommersiya qurumlarına ehtiyac duyurlar".

Günay Elşadqızı

Digər xəbərlər