“Beşbarmaq dağı” Turizm Agentliyinin tabeliyinə verilib

“Beşbarmaq dağı” Turizm Agentliyinin tabeliyinə verilib
# 30 sentyabr 2020 19:24 (UTC +04:00)

Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb.

APA-nın məlumatına görə, bu Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli Qərarındakı dəyişiklikdə yer alıb.

Qərara əsasən, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR