Gürcüstanın turizm sektoru gəlir və əmlak vergilərindən azad edilir

Gürcüstanın turizm sektoru gəlir və əmlak vergilərindən azad edilir
# 13 mart 2020 14:51 (UTC +04:00)

Gürcüstan hökuməti koronavirusa görə dəyən zərərin azaldılması məqsədi ilə hotel, restoran, turizm agentlikləri və turoperatorları 4 ay müddətinə (mart, aprel, may, iyun) gəlir və əmlak vergilərindən azad ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar Gürcüstanın Baş naziri Giorgi Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinasiya Agentliyi tərəfindən qəbul edilib. Qərara əsasən, güzəştdən təxminən 18 min şirkət və 50 min sektor işçisi yararlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR