IATA: Aviaşirkətlər qiymətləri aşağı salır

IATA: Aviaşirkətlər qiymətləri aşağı salır
# 03 iyun 2020 17:59 (UTC +04:00)

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən aviadaşımalara tələbatın kəskin azalmasından sonra ötən ay daxili sərnişin trafikinin dünya üzrə ortalama 30% artığını bildirir.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, IATA-nın baş iqtisadçısı Brayn Pirs qeyd edib ki, aviaşirkətlər COVID-19 pandemiyasının yaratdığı böhran üzündən maliyyə vəsaitinə ehtiyac duyurlar və aşağı tariflər təklif edərək sərnişinləri həvəsləndirməyə çalışırlar.

Avropada fəaliyyət göstərən "Wizz Air" və "Ryanair" aviaşirkətləri bazarın bərpası dövründə daha ucuz aviabiletlər və xidmətlər təklif edərək rəqabətdə qalib gəlmək niyyətindədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR