IATA: Qlobal sərnişin aviadaşımalarında azalma sürətlənib

IATA: Qlobal sərnişin aviadaşımalarında azalma sürətlənib
# 08 aprel 2021 11:29 (UTC +04:00)

Bu ilin fevral ayında hava nəqliyyatı ilə qlobal sərnişin daşımaları 74,4% təşkil edib, halbuki yanvar ayında azalma 72%-ə bərabər olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında deyilir.

Qeyd olunur ki, cari ilin yanvar ayında da azalma sürətlənib. COVID-19-a qlobal yoluxma sayı fevral ayında azalsa da, hələ də yüksək səviyyədə qalır və bir çox ölkədə peyvəndlənmənin zəif getməsi bir çoxunun sərt səyahət məhdudiyyətlərini qorumasına səbəb olub.

Fevral ayında beynəlxalq sərnişin aviadaşımalarının həcmi 88,7%, daxili daşımaların isə 51% azalıb.

IATA-nın məlumatına görə, ən böyük azalma Avropa (-82,8%) və Yaxın Şərqdə (-81,7%) qeydə alınıb. Asiya-Sakit okean regionu ölkələrində daha mülayim azalma olub – 74,9%. Şimali Amerika və Afrikada 66,1% (hər bir region üzrə), Latın Amerikasında isə 62,4% təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda hava nəqliyyatı ilə 59,3 min və ya 82,6% az sərnişin daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR