İcraçı direktor: "Yaxın zamanlarda Palçıq Vulkanları Qonaq Mərkəzinin tikintisinə başlanılacaq"

İcraçı direktor: "Yaxın zamanlarda Palçıq Vulkanları Qonaq Mərkəzinin tikintisinə başlanılacaq"
# 04 dekabr 2019 16:38 (UTC +04:00)

"Yaxın zamanlarda Palçıq Vulkanları Qonaq Mərkəzinin tikintisinə başlanılacaq".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2020-ci ildə Xınalıqda və digər vacib turizm məkanlarında müxtəlif inşaat layihələrinin də icrasına başlanması gözlənilir.

F.Zenqstşmit qeyd edib ki, turizmin təcrübəsi, məhsulun inkişafı və irs olan resurslardan istifadə çox vacibdir:

"Ölkə boyunca yeni mədəni irs marşrutları nəzərdən keçirilir. Məsələn, Şəkidə hər zaman turizm sahələrində sağ və ya sol istiqamətə dönmək sahəsində müəyyən çətinliklər çəkirik. Belə ki, regionlarda turistlərə kömək etmək üçün işarələr, hansısa istiqaməti göstərən tabloların olması bu xüsusi marşrut sahəsinin inkişafına kömək edəcək və turistlər regionlara səfər etdikdə böyük müsbət təcrübələr əldə edə biləcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR