Kənan Qasımov: "Azərbaycanda turistlər üçün yardım mərkəzləri yaradılacaq"

Kənan Qasımov: "Azərbaycanda turistlər üçün yardım mərkəzləri yaradılacaq"
  • Clock-gray 11:13
  • calendar-gray 29 Noyabr 2019

""Turizm haqqında" Qanunun həyata keçirilməsi ilə bağlı kifayət qədər araşdırmalar aparılıb və yekun sənədlər müvafiq dövlət qurumları ilə müzakirəyə çıxarılıb".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, turizm reyestrinin aparılması və onunla paralel olaraq Dövlət Turizm Agentliyi tərəfindən göstəriləcək elektron xidmətlərin qaydaları son müzakirələr üçün dövlət qurumlarına təqdim edilib:

"Hesab edirəm ki, ən yaxın gələcəkdə sənədlər qəbul olunacaq. Yalnız bunlar deyil, eyni zamanda, vergi islahatları ilə bağlı turizm sənayesinin üzvlərinə vergi güzəştlərinin tətbiqi ilə bağlı da müəyyən məsələlər dövlət qurumları ilə razılaşdırılıb. Növbəti ildən etibarən turizm sənayesinin üzvləri bunu fəaliyyətlərində hiss edəcəklər".

Aparat rəhbəri onu da qeyd edib ki, Azərbaycanda turistlər üçün yardım mərkəzlərinin yaradılması ilə bağlı müzakirələr artıq yekunlaşıb və gələn ildən etibarən bu məsələnin reallaşdırılmasına başlanılacaq.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date