Kənan Qasımov: "Bəzi turizm şirkətləri qeyri-sağlam rəqabət aparmağa çalışır"

Kənan Qasımov: "Bəzi turizm şirkətləri qeyri-sağlam rəqabət aparmağa çalışır"
  • Clock-gray 11:57
  • calendar-gray 18 Dekabr 2019

"Bəzi hallarda turizm şirkətləri digəri şirkəti üstələmək üçün qeyri-sağlam rəqabət aparmağa çalışır".

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" mövzusunda Bakıda keçirilən dəyirmi masada çıxış edən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, bu, birmənalı olaraq ümumi inkişafa mənfi təsir edir.

"Bəzi hallarda bir turizm şirkəti digərini üstələmək üçün qarşı tərəfi aşağı salmağa çalışır. Bu, yolverilməzdir və bu gedişlə inkişaf əldə etmək olmaz. Bazarda rəqabətə davamlı turizm şirkətləri yaranması üçün bir birimizə dəstək olmalıyıq", - deyə K. Qasımov qeyd edib.

O həmçinin əlavə edib ki, Agentlik turizm məhsulları yaratmaqda bəzi hallarda çətinliklərlə üzləşir: "Bu gün biz turizm məhsulları yaradırıq, onların üzərində işləyirik və sənayeyə ötürürük ki, sənaye ondan yararlansın. Əslində, bu məhsulları turizm şirkətləri özləri yaratmalıdır. Onlar bu məhsulları yaratdıqdan sonra biz öz növbəmizdə onları ictimaiyyətə təqdim edə bilərik".

Hüseyn Vəliyev

Digər xəbərlər