Kənan Quluzadə: "Bu il Azərbaycana gələn əcnəbilərin sayı 2,9 milyon nəfəri keçib"

Kənan Quluzadə: "Bu il Azərbaycana gələn əcnəbilərin sayı 2,9 milyon nəfəri keçib"
  • Clock-gray 12:29
  • calendar-gray 04 Dekabr 2019

"Yanvar-noyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 900 mini keçib".

APA-nın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, bu, ötən illə müqayisədə 11,1 faiz artım deməkdir:

"İlk beşlikdə ənənəvi olaraq Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Demək olar ki, bütün bazarlarda artım davam edir. Avropa, Mərkəzi-Cənubi Asiya istiqamətindən, Yaxın Şərq bazarından müəyyən ölkələrdə azalma var. Amma ümumi mənzərədən müsbət tendensiya davam edir".

Kənan Quluzadə bildirib ki, Yaxın Şərqin bəzi ölkələrində azalmanın bir neçə faktoru var:

"Birincisi, həmin ölkələrdən çıxışla bağlı problem var. Yəni, Azərbaycanda qəbulla bağlı problem yoxdur. Yaxın Şərq qeyri-stabil regiondur. Məsələn, İraqdan gələnlərin sayı azalıb. Bu azalma bəzi ölkələrdə uçuşların azalması ilə bağlıdır. Ümumilikdə götürəndə həmin ölkələrdən gələn turistlərin tendensiyası belədir ki, onlar bir neçə il ərzində bir istiqamətə axışırlar, sonra isə bazarlarını dəyişirlər".

K.Quluzadənin sözlərinə görə, bunu nəzərə alaraq, bu il daha çox yeni bazarların açılmasına üstünlük verilib ki, Azərbaycana gələn xarici vətəndaşların sayı təkcə müəyyən bazarlara köklənməsin, coğrafiyası daha geniş olsun:

"Buna da nail ola bildik. Məsələn, Hindistan, Çin, Pakistan bazarı bizim üçün yeni bazardır".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date