Rusiya payızda Gürcüstana uçuşları bərpa edə bilər

Rusiya payızda Gürcüstana uçuşları bərpa edə bilər
# 09 iyun 2020 12:05 (UTC +04:00)

Rusiya payızda Gürcüstana birbaşa uçuşları bərpa edə bilər.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının internet saytında yerləşdirilən bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya iqtisadiyyatının bərpa edilməsi məqsədilə Gürcüstana və Misirə uçuşlar payızda bərpa edilə bilər. Belə ki, bu istiqamətlər üzrə uçuşlara tələbat böyükdür.

Qeyd edək ki, ötən ilin iyunun 20-də Tbilisidə parlament binası qarşısında başlayan mitinqlərdə Rusiya əleyhinə şüarlar səsləndirilməsindən sonra Rusiya Prezidentinin qərarına əsasən, iyulun 8-də Gürcüstanla qarşılıqlı birbaşa uçuşları dayandırılıb. Rusiya tərəfi bunu vətəndaşlarının təhlükəsizliyini qorumaq və Gürcüstan Hava Yolları şirkətinin yığılmış borcları ilə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR