Rusiyanın turizm sektoru koronavirusa görə 21 mlrd. dollar itirib

Rusiyanın turizm sektoru koronavirusa görə 21 mlrd. dollar itirib
# 09 iyul 2020 14:48 (UTC +04:00)

COVID-19 pandemiyası səbəbindən Rusiyanın turizm sənayesinin itkiləri 1,5 trln. rubl (21,2 mlrd. ABŞ dolları) təşkil edib.

"APA-Economics"in "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Turizm Sənayesi Birliyinin prezidenti Andrey İqnatyev bildirib.

Onun sözlərinə görə, Rusiyanın turizm sektorunun böhrandan əvvəlki vəziyytə gətirilməsinə ən azı 1,5 il vaxt lazım olacaq.

Rusiyanın turizm şirkətləri mart ayından ölkələr arasındakı sərhədlərin bağlanmağa başladığı və Rusiyada bölgələr arasında məhdudiyyətlərin tətbiq olunduğu dövrdən bəri çətin vəziyyətə düşüb. Karantin səbəbindən yay mövsümünün başlanğıcı da itirilib. Belə ki, ölkədəki kurortlar fəaliyyətlərini yeni bərpa etməyə başlayıb.

A. İqnatyev qeyd edib ki, turizm sənayesi tədricən fəaliyyətini bərpa edir və artıq ilk olaraq Krım və Soçi kurortları qapılarını müştərilərin üzünə açılıb.

Qeyd edək ki, koronavirusa qarşı tədbirlərin tətbiqi sayəsində Krımda istirahət 5-6% bahalaşıb. Bununla belə, uçuşların qiyməti təxminən 25% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR