Turizm Bürosunun icraçı direktoru: "Aviaşirkətlərə turistlərin rayona getməsi üçün subsidiyalar verilməlidir"

Turizm Bürosunun icraçı direktoru: "Aviaşirkətlərə turistlərin rayona getməsi üçün subsidiyalar verilməlidir"
  • Clock-gray 15:02
  • calendar-gray 29 Noyabr 2019

"Azərbaycanda AZAL-dan başqa digər aviaşirkətlərə turistlərin rayona getməsi üçün subsidiyalar verilməlidir. Bu sahədə subsidiya siyasəti tətbiq olunmasa, onları rayonlara yönləndirmək çətin olacaq".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Sammitində keçirilən mətbuat konfransında Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, AZAL-ın bu sahədə xidmətlərini unutmaq olmaz: "Amma daha aşağı büdcəli digər aviaşirkətləri də cəlb etmək çox önəmlidir. Bu, gələcəkdə əcnəbilərin ölkəyə gəlməsini sürətləndirəcək. Şikayətlər arasında hava yolları biletlərinin kifayət qədər bahalı olması mühüm amillərdən biri kimi müzakirə olunur. Bu istiqamətdə qiymətlərin aşağı salınması və digər işlərin görülməsi ilə bağlı Dövlət Turizm Agentliyi ilə müzakirə aparılır".

İcraçı direktor bildirib ki, yaxın gələcəkdə tətbiq ediləcək yardım və dəstək mexanizmləri də müzakirə olunmaqdadır.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date