UNWTO: Qlobal turizm sektorunun gəlirləri bu il 300-500 mlrd. dollar azala bilər

UNWTO: Qlobal turizm sektorunun gəlirləri bu il 300-500 mlrd. dollar azala bilər
# 08 may 2020 14:30 (UTC +04:00)

Yeni növ koronavirus pandemiyası səbəbindən 2020-ci ildə turistlərin sayı ötən ilə nisbətən 20-30% azalacaq.

"APA-Economics"in məlumatına görə, bunu "Turizm sənayesi. Sabah bizi nələr gözləyir?" mövzusunda keçirilən onlayn tədbir zamanı Ümumdünya Turizm Təşkilatının (UNWTO) nümayəndəsi Dmitri İlyin deyib.

Onun sözlərinə görə, bu azalma beynəlxalq turizm gəlirlərinin 300-500 mlrd. ABŞ dolları məbləğində azalmasına səbəb ola bilər: "Bu, 2019-cu ildə əldə olunan gəlirin, demək olar ki, üçdə bir hissəsini təşkil edir. Belə ki, ötən il beynəlxalq turizmin ixracı təxminən 1,5 mlrd. dollar civarında olub. Başa düşmək lazımdır ki, 2019-cu ilin göstəricilərinə qayıtmaq üçün ən azı 5 il tələb olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR