Yeni il bayramında Azərbaycana daha çox hansı ölkələrdən turistlərin gələcəyi açıqlanıb

Yeni il bayramında Azərbaycana daha çox hansı ölkələrdən turistlərin gələcəyi açıqlanıb
  • Clock-gray 16:50
  • calendar-gray 04 Dekabr 2019

"Yeni il bayramında Azərbaycana daha çox Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarının gələcəyi gözlənilir".

APA-nın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, bu bazarlar formalaşmış bazarlar olduğu üçün tendensiya bu il də davam edəcək. K.Quluzadə bildirib ki, gəlmə turizmlə bağlı Azərbaycanın 12 əsas prioritet istiqaməti var: "Bunlar Avropa, Asiya, müəyyən mənada ABŞ, Şimali Afrikadan olan ölkələrdir. Bu ölkələrdən Azərbaycana gələnlərin sayında artım var".

 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date