Adel İbrahim: “Misir azərbaycanlı turistləri qəbul etməyə hazırdır”

Adel İbrahim: “Misir azərbaycanlı turistləri qəbul etməyə hazırdır”
  • Clock-gray 20:15
  • calendar-gray 18 İyul 2019

 

“Bakı-Şarm-əl-Şeyx birbaşa aviareysinin açılması Misir və Azərbaycan arasındakı turizm əlaqələrinin genişləndirilməsində boyük əhəmiyyət daşıyacaq”. 

"APA-Economıcs"in məlumatına görə, bu barədə Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqladə və Səlahiyyətli səfiri Adel İbrahim Bakı-Şarm-əl-Şeyx birbaşa aviareysinin açılışına həsr olunmuş mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, Misir tərəfi turistlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi təhlükəsizlik qaydalarına riayət edir və azərbaycanlı turistləri qəbul etməyə hazırdır.

Tədbirdə çıxış edən Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbəri Teymur Həsənov qeyd edib ki, yeni reysin açılması ilə bağlı bütün lazım olan hazırlıq işləri aparılıb. Onun fikrincə, bu reys sərnişinlər tərəfindən maraq doğuracaq və populyarlıq qazanacaq. 

Qeyd edək ki, Qazaxıstanın Azərbaycan tərəfindən sayca beşinci “Hava azadlığı” hüququnu qazanan “SCAT Airlines” aviaşirkəti iyilun 18-dən Bakı-Şarm-əl-Şeyx istiqaməti üzrə müntəzəm uçuşlara başlayıb. 

Bu istiqamət üzrə uçuşlar həftənin dördüncü günləri "Boeing 757-200” tipli təyyarələr vasitəsilə həyata keçiriləcək.
 

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date