Aİ və MDB ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb

Aİ və MDB ölkələrindən Azərbaycana gələn turistlərin sayı artıb
# 21 oktyabr 2019 12:40 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Avropa İttifaqı (Aİ) və MDB ölkələrindən Azərbaycana gələn əcnəbilərin sayı son bir ildə artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24% artaraq 110,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,3% artaraq 880,9 min nəfər olub.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin doqquz ayında Azərbaycana dünyanın 191 ölkəsindən 2 418,3 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR