Azərbaycan “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə iştirak edib

Azərbaycan “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə iştirak edib
# 30 sentyabr 2019 12:59 (UTC +04:00)

Azərbaycan ilk dəfə Türkiyənin Van şəhərində 26-29 sentyabrda keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”ndə təmsil olunub.

APA-nın xəbərinə görə, sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Beynəlxalq Diaspor Mərkəzi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti “Naxçıvan Muxtar Respublikası” stendi ilə təmsil edib.

Artıq 10-cu ildir keçirilən sərgidə Ermənistanın saxta mədəniyyətinin nümayiş etdirilməsinin qarşısı nümayəndə heyəti tərəfindən alınıb.

16 ölkədən 350 şirkətin iştirak etdiyi sərgi zamanı, 52 kvadrat metrlik sahədə “Naxçıvan Muxtar Respublikası” stendi və İrəvan xanlığının bayrağı sərgi iştirakçılarını diqqətini cəlb edib.

Stenddə Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi sərgi iştirakçılarına təqdim olunub. Naxçıvan brendi olan məhsullar beynəlxalq sərgidə nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR