Azərbaycan hotellərində açıq və gizli monitorinqlər aparılacaq

Azərbaycan hotellərində açıq və gizli monitorinqlər aparılacaq
  • Clock-gray 11:28
  • calendar-gray 27 İyun 2019

Azərbaycan hotellərində açıq və gizli monitorinqlər aparılacaq. "APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, açıq monitorinq birbaşa hotellərin fəaliyyətini yerində yoxlanılmasından ibarətdir.

"Burada həmçinin məşhur turizm saytların istifadəçilərini rəyləri də öyrəniləcək. Gizli monitorinqə gəldikdə, turizm sənayesində çalışan həm avropalı, həm də yerli mütəxəssislər hotellərdə gizli qonaq qismində qalacaqlar və sonradan öz rəylərini təqdim edəcəklər ki, xidmətlərə uyğun olaraq ulduzlar verilsin", - deyə F. Nağıyev qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date