Azərbaycan Londonda keçiriləcək Dünya Səyahət Bazarı sərgisində iştirak edəcək

Azərbaycan Londonda keçiriləcək Dünya Səyahət Bazarı sərgisində iştirak edəcək
# 28 oktyabr 2019 18:01 (UTC +04:00)

Azərbaycan 4-6 noyabrda Londonda keçiriləcək Dünya Səyahət Bazarı sərgisində (“World Travel Market-2019”) geniş heyətlə təmsil olunacaq.

Azərbaycan Dövlət Turizm Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Agentliyinin sədri Fuad Nağıyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşü zamanı deyib.

Görüş zamanı iki ölkə arasında viza məsələləri, onun asanlaşdırılması, təcrübə mübadiləsi, qış turizmi üzrə mövcud potensialın qiymətləndirilməsi və s. mövzular müzakirələr edilib.

Qeyd edilib ki, Azərbaycan xarici vətəndaşların səyahət etmələri və vaxtlarını əyləncəli keçirmələri üçün təhlükəsiz ölkələrdən biridir.

F. Nağıyev bu ilin fevral ayında qonaqlarla baş tutan görüşü xatırladaraq o zamandan bu günədək Agentliyin fəaliyyətindəki yeniliklərdən və ölkədə turizmin inkişafına verilən töhfələrdən söhbət açıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı 29 304 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 26,79 % artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR