Azərbaycan sağlamlıq turizmi üzrə MDB-də ikinci olub - REYTİNQ

Azərbaycan sağlamlıq turizmi üzrə MDB-də ikinci olub - REYTİNQ
# 20 noyabr 2019 13:09 (UTC +04:00)

Azərbaycan bu ilin payız mövsümündə sağlamlıq turizmi üzrə MDB məkanında ən populyar ölkələr sırasında ikinci olub.

"APA-Economics" Rusiyanın "Turstat" portalının yeni tərtib etdiyi reytinqinə istinadən verdiyi məlumata görə, reytinq payız tətilinin MDB ölkələrinin iqlim və balneoloji kurortlarında populyarlığının təhlilinə əsaslanır.

Qeyd edək ki, Belarusun Naroç gölü, Azərbaycanın Naftalan, Qazaxıstanın Burabaya, Ermənistanın Cermuk və Moldovanın Kalaraş kurortları 2019-cu ilin payızında MDB ölkələrində istirahət və sağlamlıq üçün ən yaşı məkanlar reytinqində ilk 5-yə daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR